Əlaqə Arxiv
news Image
2014.05.05
13:04
| A A A
Yüngül əxlaqlı qadın yenidən qınaq obyektinə tuş gəldi
Yüngül əxlaqlı qadın obrazına görə, yenidən qınaq obyektinə tuş gəldi Xalq artisti Amaliya Pənahova aktrisa Dilarə Nəzərovanın yüngül əxlaqlı qadın obrazını oynayaraq, tamaşaçıların qınaq obyektinə tuş gəlməsinə münasibət bildirib. Mövqe.az xəbər verir ki, hələ Azərbaycan tamaşaçısının bu cür açıq-saçıqlığı qəbul etməyə hazır olmadığını deyən tanınmış aktrisa fikirlərini bölüşüb: "Hökm deyil ki, hər şeyi çılpaqlığı ilə səhnəyə gətirək.  Biz hələ buna hazır deyilik. Bunu ifadə etməyə bizim isdtedadımız çatmır. Əlbəttə, Dilarə xanım istedadlı aktrisadır. Mən həmişə demişəm ki, açıq-saçıqlıq, mənfi və müsbət rolu ifa etmək aktrisanın şücaətindən, rejissorun istedadından asılıdır. Əgər filmi istedadlı çəkirlərsə, aktrisa istedadlıdırsa, heç kim onlara heç nə deyə bilməz. Bu, mənim şəxsi düşüncəmdir".



Sizin Reklam Yeriniz