Əlaqə Arxiv
news Image
2014.07.17
14:15
| A A A
Murad Arifin arıqlamasına xanımı kömək edib
Bəstəkar-müğənni Murad Arif "Hər şey daxil" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, arıqlamağından danışan sənətçi bu işdə ona həyat yoldaşının da kömək etdiyini deyib: 

"Arıqlamaq üçün illərlə əziyyət çəkmişəm. O idman növü qalmamışdı ki, maraqlanmayım. Badmentondan tutmuş, fitnesə qədər hər şeylə məşğul olmuşdum. Sonra dietoloqumun məsləhəti ilə istədiyim qədər arıqladım. Bu işdə mənə həyat yoldaşım da dəstək oldu. Gündə beş cür yemək bişirmək hər qadının işi deyil. Nazımla oynayırdı. Onun qayğısı qarşısında pəhrizi pozmaq günah olardı. Pəhriz bütün həyat tərzimi dəyişib. Yaşıl çay içirəm. Evimizə kərə yağı alınmır. Yeməklər ancaq zeytun yağı ilə hazırlanır. Bütün bunların sayəsində arıqlaya bildim".
Sizin Reklam Yeriniz