ARDNŞ-dən “Qalatasaray” futbol klubuna sponsorluqla bağlı açıqlama
Movqe.az xəbər verir ki, Azərbaycan Dövlət Neft
Şirkətinin Türkiyənin "Qalatasaray" futbol klubuna sponsor olacağı
ilə bağlı məlumat yayılıb. Kütləvi İnformasiya Vasitələrində
yazılanlara görə, "Türk Telekom" ilə yenidən razılığa gələ bilməyən
Türkiyənin "Qalatasaray" klubu Azərbaycanın Dövlət Neft Şirkəti
(SOCAR) ilə anlaşıb. Müqavilə məbləği olaraq 20 milyon avro
ödəniləcəyi qeyd olunub. Forma sponsorluğu üçün SOCAR-dan əlavə
"Samsung", "Fly Emirates", "Etihad" və "Gazprom" kimi böyük
şirkətlərin də adı hallanır. Bununla bağlı Dövlət Neft
Şirkətinin Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib
ki, bu məsələ gündəmdə deyil.