Avtobus ilə “VAZ” toqquşdu: sürücü öldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən
yol qəza hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, gecə
saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon
mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa
məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il
təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik
avtomobilinin toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.