İbrahim Tatlısəsin oğlu atasının arzusunu reallaşdırdı
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, müğənni İbrahim Tatlısəsin oğlu İdo atasının arzusunu
reallaşdırdı. Belə ki, İdo bu il musiqi sənətinə daha dərindən
yiyələnmək istədiyi üçün ABŞ-da Berkli Musiqi Kollecinin təbəsi
olub. Bu münasibətlə İbrahim Tatlısəs oğlunun bu xoş gününə
Etilərdəki kababxanasında qonaqlıq verib.Atası ilə sağollaşdıqdan
sonra anası Derya Tuna ilə ABŞ-na yollandı. Lakin İbrahimin Derya
ilə münasibətləri pis olduğundan o, hava limanına getmədi. İdo: "
Atamla bir-birimizə sarılıb hönkür-hönkür ağladıq. Atam sonra
yanıma ABŞ-na gələcək".