Canlı yayımda Röyanın burnunu məzə obyektinə çevirdilər
"Xəzər" telekanalının "Hər şey daxil" verlişində bu dəfə plastik
əməliyyatlardan danışılıb. Mövqe.az xəbər verir ki, məşhurların
uğurlu və uğursuz əməliyyatlarından söz açan verlişin aparıcıları
Sevil və Sevinc bacıları rəfiqələrindən də söz açıblar. Verliş
zamanı demək olar hər şeydən danışan bacılar bu dəfə də müğənni
Röya Ayxanın burnunu ələ salıblar. Müğənninin burun əməliyyatını
bəyənməyən bacılar bu haqqda belə deyiblər: "Bir rəfiqəmiz Röya
Ayxanı çox sevirdi. Fanatı idi. Həkimə Röya ayxanın şəklini aparıb
ki, bəs mənə də belə burun elə. Həkimlər nə qədər başa salmağa
çalışsalar da ki, bu burun bərbaddır, uğuruz əməliyyatdır qız
dediyini deyib. Və ona o cür burun düzəldiblər. Hal-hazırda o qızın
burnu pis gündədir. Özü də çox peşimandır".