"Özümü müthiş hiss edirəm" - Serenay Sarıkaya
Türkiyənin məşhur aktrisası Serinay Sarıkaya hal-hazırda da
çəkildiyi serial "Medcezir" dən danışıb. Jurnalistin bu serial
pərəstişkarlarınızın sayını daha da artırdı. Bu qədər uğur
gözləyirdinizmi" sualına çox ağıllı tərzdə cavab verib: "
"Medcezir" təbii bir az daha gənc bir kütləyə xitab edən bir
serialdır.Və unutmayaq ki, ictimai media da daha çox gənclərin
əlindədir. Bu səbəbdən belə bir partlayış oldu. Mənim üçün də
həyatımın bu dövründə çox doğru bir iş oldu. Karyeramda böyük bir
qapı açıldı. Özümü müthiş hiss edirəm. Bütün bunlar üçün şükr
edirəm, şükr etmək də lazım ... Amma təbii eyni zamanda çox
qorxuram. Çünki populyarlıq çox iti bıçaq kimidir. Mən də
məşhurluqdan daha çox uğurumu qorumağa çalışıram. Özümü sənətimlə
əlaqədar inkişaf etdirmək, möhkəm və qalıcı olmaq üçün çalışıram.
Bunun üçün məşğul oluram. Yoxsa bir anda məşhur olmaq hər kəs üçün
çox asan və tez unudulandır. Əsas mütamadi və sevilərək yadda
qalmaqdır".