Əlaqə Arxiv
news Image
2014.11.12
17:00
| A A A
Elgiz Əkbərdən canlı yayımda şok etiraf
"10-12 il bundan qabaq ağır depressiyada düşmüşdüm. Ölməyi beynimə qoymuşdum". 

Anspress-in məlumatına görə, bu sözləri "Adam içində" verilişinin aparıcısıElgiz Əkbər bugünkü canlı efirdə qoyulmuş mövzuya öz münasibətini bildirərkən etiraf edib.

O, özünü tamamilə həyatdan təcrid etdiyini, qapılarını da hər kəsə bağladığını, heç kəsi yaxına buraxmadığını söyləyib. Aparıcı: "Çox yaxın dostum məni çıxardı evdən. Mir Mövsüm ağanın qəbrinə getdik. Orada dua etdim ki, düzəlim, yenidən həyata adaptasiya olmaq istədim. Çünki ölmək istəmirdim. Min şükür Allaha, özüm-özümü iynəsiz-dərmansız vəziyyətdən çıxardım", - sözlərini qeyd edib.

Aparıcı heç kimi təbliğ etmədiyini, Allaha sığınaraq vəziyyətdən çıxdığını söyləyib.
Sizin Reklam Yeriniz