Azərbaycanlı teleaparıcının xanımı: "Ailəmdə söz-söhbətlər olub"
Movqe.az xəbər verir ki, teleaparıcı Turan
İbrahimovun həyat yoldaşı stilist Nərmin sosial şəbəkədə ailə həyatından yazıb. "Gəlin
bəzəyərkən gəlinlərin həyəcanını çox yaxşı başa düşürəm. Çünki mən
də o həyəcanı yaşamışam. Bu böyük məsuliyyətdir. Ata evindən gəlin
köçüb, yad evdə bir ömür yaşayırsan. Ayrı ev, ayrı insan və başqa
bir ev. İnsan sevdiyi şəxsə ərə gedərkən səbirsizliklə bu günü
gözləyir. Mən də həyəcanla bu günü gözləyirdim. Arzularımla ailə
həyatı qurmuşam və xoşbəxtəm. Heç kim deyə bilməz ki, ailəmdə
söz-söhbət olmayıb. Hər ailədə olduğu kimi, mənim də ailəmdə olub.
Əsas - ailəni qoruyub-saxlamaqdır. Ana olmaq böyük nemətdir. Bu gün
Turanla evliliyimizin 6 ili tamam olur. Allah hər ailəni xoşbəxt
eləsin. Mən xoşbəxtəm".