Kseniya Sobçak daha bir işini itirdi
Movqe.Az Rusiya mətbuatına istinadən
xəbər verir ki, teleaparıcı Kseniya Sobçak daha bir layihədən
qovuldu. O, "Top model po ruski" adlı telelayihənin həm ideya
müəllifi, həm də aparıcısı idi. Kseniya Sobçak "RiaNovosti"yə
müsahibəsində bildirib ki," Mən daha
MuzTv kanalında "Top
model po ruski" adlı telelayihəsinin aparıcısı olmayacağam. Mənə bu
qərarın səbəbi məlumdu. Bu siyasi bir qərardı. Lakin mən
jurnalistika sənətimi atmaq fikrində deyiləm, öz peşəmi davam
etdirmək fikrindəyəm".