Əlaqə Arxiv
news Image
2015.01.27
12:20
| A A A
Təranə Qumral:"Qısqananlar çatlasın"
Sevilən cütlük Təranə və Musa Musayevlər Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonağı olublar. Movqe.az xəbər verir ki, məlumat verir ki, Təranə Qumral həyat yoldaşı Musa Musayev üçün toyuqbişirib. 21 ildir ki, ailəli olan cütlük zəhmətləri ilə qazandıqları evlərində qonaqlarını qarşılayıblar. Mətbəxə keçən Təranə Qumral mətbəxdə də necə məharətli olduğunu göstərib. İlk dəfə toyuq doğrasa da, qonaqlarının qarşısında ifaçı üzü qara çıxmayıb: "Alıram boynuma ilk dəfədir ki, toyuq doğrayıram. Musa müəllim mənə baxanda qidalanır. Neynir yeməyi? Musa üçün çox yeməklər bişirmişəm. Evdə ən yaxşı nə varsa istəyirəm Musa üçün bişirim, yesin. Evdə bir dənə nəsə olsa özüm başqa şey yeyərəm amma onu Musa üçün saxlayaram".
T. Qumral M. Musayevi çox sevdiyini etiraf edib: "Qısqananlar çatlasın. Bizi ancaq ölüm ayıra bilər. O qədər sevgimizdən danışdılar axır göz dəydi. Amma şükür indi hər şey yaxşıdı. Biz bir-birinə ilk baxışdan aşiq olmuşuq. İndi də çox xoşbəxtik".

Tanınmış sənətçilərin evindən maraqlı anları əks etdirən video çarxı sizə təqdim edirik:


Sizin Reklam Yeriniz