Madonnanın qızı həm işləyib, həm oxuyacaq
Movqe.Az bildirir ki, Amerikalı
müğənni Madonnanın 16 yaşlı qızı Lourdes sənət təhsili almaq
məqsədi ilə ABŞ-ın Nyu York şəhərindəki xüsusi bir universitet olan
Bard Kollecdə qeydiyyatdan keçib. Universitetin şəhərciyində qalan
Lourdes, xərcini öz hazırladığı paltarlardan əldə etdiyi gəlirlə
qarşılayacaq. Lourdesin rəfiqəsi, "Anasının həyat tərzindən bezdi.
Ondan asılı olmamaq üçün xərclərini özü qarşılayacaq." sözlərini
bildirib.