Əlaqə Arxiv
news Image
2012.10.22
18:32
| A A A
Adeleyə "Twitter"dən hücum
Movqe.Az bildirir ki, Tanınmış ingilis müğənni Adele oğlan uşağı dünyaya gətirib. Ancaq Adelenin ana olduğu xəbəri eşidilən kimi "Twitter"də hücuma məruz qalıb. Bərabər olduğu Simon Konecki ilə birlikdə övlad sahibi olan müğənni Adele analıq hissinin ilk günlərini yaşayır, amma  ictimai mediada yayımlanan və körpəsi üçün deyilən bəzi mesajlar sənətçinin xoşuna gəlməyəcək. "21" albomuyla bütün dünyada uzun müddət musiqi siyahılarının zirvəsindən enməyən Adele üçün "Twitter"də yazılan narahatedici mesajlardan biri belə olub:

 "Adelenin uşağı olub. Körpə kök və ya əlildir? Hər halda çoxdan uşağı öldürüb. (yüksək səslə gülürəm) " Adelenin "pərəstişkarı olmayan" qrupdan bir başqa adam isə İngiltərəyə gedib müğənnini öldürəcəyini yazıb. Mesaja cavab verən başqa bir istifadəçi də körpəni də özünün öldürəcəyini yazıb. İctimai mediada ana və körpəsiylə əlaqədar çirkin mesajlar gəzərkən, "Rolling in the Deep" in məşhur müğənnisinin tərəfdaşı Dan Uilson "Daily Mirror" qəzetinə müsahibə verərək, Adelenin həyatının ən xoşbəxt günlərini yaşadığını söyləyib. Uilson, "Artıq  həyatında diqqətinin çoxunu körpəsinə verəcəyi yeni bir dövr başladı" deyib. Cümə günü körpəsi olan Adelenin yaxın dostları isə müğənninin "xoşbəxtlikdən özünü itirdiyini" söyləyiblər.

Sizin Reklam Yeriniz