Rafael Dadaşovun keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMALAR
Xalq artist Rafael Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət
Dadaşova Türkiyənin FOX kanalında yayımlanan "Zuhal Topalla
izdivaç" verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın
məlumatına görə, verilişə zəng edən Asif adlı kişi Sədaqətlə
27 il bundan əvvəl eşq yaşadığını bildirib. S.Dadaşova isə kişinin
bu zəngini cavabsız qoymayıb: "Onunla 7 il eşq yaşadıq. Ailəli idi,
övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə
evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd
övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası
isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Nahaq bura
zəng edib. Bizim aramızda hər şey bitib".