Əməkdar artistin efirdə halı pisləşdi
Əməkdar artist
Sabir Məmmədovun canlı yayımda halı pisləşib. Movqe.az axşam.az-a
istinadən bildirir ki, aktyor "Hər axşam" verilişinə qatılıb,
yarıdan sonra isə o görünməyib. Aparıcı Azər Axşam S.Məmmədovun
təzyiqinin yüksəldiyini deyib:"Hamı narahat oldu ki, Sabir müəllim
niyə efirdə yoxdur. Təzyiqi qalxıb, ona görə efirdən çıxdı. Həkim
cağırmışıq, müayinə edirlər".A.Axşam S.Məmmədovun efirə
qayıdacağını desə də, aktyor sona qədər görünməyib.