Tanınmış müğənniyə 100 milyon dollarlıq kompensasiya məhkəməsi
Movqe.Az bildirir ki, Tanınmış kolumbiyalı
müğənni Şakiranın keçmiş sevgilisi Antonio de La Rua, müğənnini 100
milyon dollarlıq kompensasiya məhkəməsinə verib. Argentinanın
keçmiş dövlət başçısı Fernando de la Ruanın oğlu olan və Şakira ilə
on ildən çox birlikdə olduqdan sonra keçən il ayrılan De la Ruanın,
"müğənninin karyerasını davam etməsinin qarşılısını almaq üçün" bu
iddianı açdığını bildirib. De la Ruanın vəkili Uilliam T. Reid,
Şakira ilə bu mövzunu danışmağa çalışdığını, amma latın müğənninin
bunu rədd etdiyini, müvəkkilinin əslində mövzunun bu istiqamətdə
inkişafını arzulamadığını söyləyib. Şakiradan isə mövzu ilə bağlı
hələ bir cavab gəlməyib. İddianın 20 noyabrda Nyu York federal
məhkəməsində açıldığı bildirilir.