Boşanmaların sayı ən yüksək həddə çatıb
Movqe.Az bildirir ki, Cənubi Amerika ölkəsi
Braziliyadakı boşanma sayında keçən il "rekord artım" müşahidə
olunub. Braziliya Statistika Təşkilatı tərəfindən nəşr olunan
hesabatda, 2011-ci ildə ölkədə baş verən boşanma sayının 350 mindən
çox olduğu, bu ədədin əvvəlki ilə nisbətən 46 faiz artdığı
göstərilib. Katolik məzhəbinə üzv sayının ən yüksək olduğu
ölkələrdən biri olan Braziliyadakı bu artımın səbəbinin, boşanma
əməliyyatının daha sürətli və asanlıqla həyata keçirilməsini təmin
edən qanunun məclisdən keçməsiylə əlaqədar olduğu bildirilib.
Əvvəlki qanuna görə, hakimin təsdiqiylə braziliyalı evli
cütlüklərin bir il ayrı olaraq yaşamasından sonra boşanma
müraciətləri qəbul edilirdi. Yeni qanunda isə bu müddətin ləvğ
olunduğu bildirilib. Hesabata görə, keçən ilki boşanma sayı ölkədə
1984-ci ildən bu yana görülən ən yüksək rəqəmə çatıb.