Əlaqə Arxiv
news Image
2012.12.18
19:11
| A A A
"21 dekabr" üçün sakitləşdirici dərmanlar alınır
Movqe.Az bildirir ki, Maya təqviminin bitdiyi 21 dekabr 2012-ci ildə qiyamətin qopacağına inanan Rusiya vətəndaşları evlərinə sakitləşdirici dərmanlar almağa başlayıblar. Rusiya Əczaxana Birliyinin məlumatlarına görə, sakitləşdirici dərmanlar almaq üzrə başda Moskva olmaqla bir çox şəhərlərdə artım görülüb. Rus xalqının xüsusilə bahalı məhsullar arasında yer alan kosmetik məhsulları da almaları diqqət çəkir. "Interfax"a mövzu ilə əlaqədar məlumat verən Əczaxana Birliyi rəsmisi, tələb edilən məhsullar arasında ot və təbii bitkilərdən hazırlanan sakitləşdiricilərin çox alındığını söyləyib. Rusiya Meteorologiya Mərkəzi, 20-23 dekabr tarixlərində hər hansı bir fövqəladə vəziyyət gözləmədiklərini açıqlayıb.
Sizin Reklam Yeriniz