Əlaqə Arxiv
news Image
2013.01.08
16:45
| A A A
Məşhur müğənninin ölüm səbəbi dəqiqləşdi
27 yaşında ölən tanınmış müğənninin ölüm səbəbinin spirtli içkilər olduğu açıqlanıb. Movqe.Az bildirir ki, İngiltərə məhkəməsi, dünyasını dəyişən müğənni Emi Vaynhausun həddindən artıq spirtli içki qəbul etməsindən öldüyünü təsdiqləyib. 27 yaşında vəfat edən müğənninin ölümüylə əlaqədar "St. Pancras" məhkəməsində görülən ikinci istintaqda bu gün açıqlanan qərara görə, müğənninin spirtdən zəhərlənməsi nəticəsində öldüyü qeyd edilib. Onun ölümüylə əlaqədar aparılan ilk istintaqda prokurorun hüquq sahəsində kafiliyi olmadığı ortaya çıxıb və yenidən istintaq açılmasına qərar verilib. İlk istintaqda da müğənninin həddindən artıq spirtli içki qəbul etdiyinə görə öldüyü bildirilimişdi. "Grammy" mükafatı laureatı olan ingilis müğənni Emi Vaynhaus, 2011-ci il iyul ayında Londonun şimalındakı Camden səmtindəki evində ölü olaraq tapılmışdı.
Sizin Reklam Yeriniz