Əlaqə Arxiv
news Image
2013.01.11
16:50
| A A A
"Twitter" hesabını bağladı
Movqe.Az bildirir ki, Hollivudun tanınmış simalarından olan Meqan Foks 2013-cü ildə insanlarla ictimai media vasitəsilə deyil üz-üzə görüşmək qərarı aldığını söyləyərək "Twitter" hesabını bağlayacağını söyləyib. ABŞ-lı aktrisa ictimai mediada yazdığı "Twitterin nə mənası var?" mesajından sonra yalnız bir həftə açıq tutduğu "Twitter" hesabını bağlayacağını açıqlayıb. Ulduzun 3 yanvar açdığı "Twitter" hesabında bir həftədə 250 min izləyəni olmuşdu. Foks ictimai mediadakı həyatına "Facebook"la davam edəcəyini söyləyib. "Facebook"dakı səhifəsinə yazdığı mesajlarla pərəstişkarlarına belə səslənib: " Xəbəriniz oldu mu bilmirəm,amma "Twitter" hesabımı bağladım. 2013-cü ildə əsl bir ictimai media kəpənəyi olacağımı düşünmüşdüm. Lakin vəziyyət elə oldu ki, ictimai mediadan nifrət etdim. Sizi sevirəm, amma heç bir zaman ictimai media qızı ola bilməyəcəyəm. Əlimdən gəldiyi qədər "Facebook"da olacağam."
Sizin Reklam Yeriniz