Abdullah Gül ermənilərdən ümidini üzməyib
Ermənistanla Türkiyə arasında mövcud olan problemlər bir dəfəyə
həll oluna bilməz, bu məsələdə bir sıra təşəbbüslər irəli
sürülməlidir.
Bunu Londonda jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının prezidenti Abdullah Gül deyib.
"Münasibətlərin normallaşdırılması prosesi o qədər dondurulub ki, onun buzunu bir dəfəyə açmaq mümkün deyil. Bir müddət bunun üçün münasib şərait yarandı, tərəflər hətta protokollara da imza atdılar, lakin danışıqlar prosesi sonadək aparılmadı. Müəyyən çətinliklər yaransa da, münasibətlərin yaxşılaşdırılmasına ümidin tamamilə itdiyini demək olmaz", - deyə A. Gül vurğulayıb.