Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyadakı baş verən
hadisələrdə sərhəd pozuntusu ilə bağlı narahatlıq yaradan halların
davam etdiyi təqdirdə NATO ilə əlaqədar maddəni xatırlatıb.
O bildirib: "Təbii ki biz bir NATO ölkəsi olaraq atılması lazım
olan addımı atacağıq.Biz bu addımı atdığımız anda NATO-ya üzv
ölkələrdən birinin hücuma uğramasıyla əlaqədar 5-ci maddə dövrəyə
girər. Ümid edirəm ki, bu işlər bu nöqtəyə qədər gəlib çıxmaz."
Ərdoğan Əl Cəzirə televiziyasına verdiyi müsahibədə bunları
bildirdi:
''Güclü bir silahlı qüvvəyə sahibik. Bu barədə də atdığımız
addımları xüsusi diqqətlə atırıq və diqqətlə atmağa da inşallah
davam edəcəyik. Amma Suriya bunu bilməlidir ki, yəni bu sərhəd
pozuntuları ilə bağlı daha əvvəlki səhvi təkrar edəcəklərsə, təbii
ki Türkiyənin yanaşma tərzi başqa cür olacaq. Bunu çox yaxşı
bilməlidirlər. Onsuzda bilirlər.''
''Biz Suriya və Suriya xalqına əsla düşmən deyilik."
Ziba Yusifova
Mövqe.az