Azərbaycan və Ermənistan liderlərinin Mokvada görüşü planlaşdırılmır
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş planlaşdırılmır.
Movqe.az-ın məlumatına görə, bu barədə "İntefax" agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
"Nikol Paşinyan və İlham Əliyevin Moskvada görüşünə dair hazırda heç bir razılaşma yoxdur", - deyə o vurğulayıb.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan futbol üzrə dünya çempionatının iyunun 14-də Moskvada keçiriləcək açılış mərasimində iştirak edəcəklər.