Əlaqə Arxiv
news Image
2013.05.04
11:58
| A A A
Prezident Çinin Azərbaycana təmənnasız hərbi yardımını nəzərdə tutan Sazişi təsdiq etdi
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, Fərmanda qeyd olunur ki, 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş" təsdiq edilsin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.   
Sizin Reklam Yeriniz