Əlaqə Arxiv
news Image
2013.10.23
12:00
| A A A
Müxalifət cinayətkarlarla da əlaqə qurur
Zahid Oruc: “Bu şəkil də iş birliyinin gerçək mənzərəsidir” Hafiz Hacıyev: “Bunlar Cəmil Həsənlinin mahiyyətindən irəli gəlir” Dəfələrlə radikal müxalifətin antiazərbaycan qüvvələri ilə əlaqələri barədə xəbərlər gündəmdə olub. Son günlərdə isə sosial şəbəkələr və media portallarında Milli Şuranın seçkilərdə vahid namizədi olan Cəmil Həsənlinin Elşad Abdullayevlə birgə şəkilləri yayılıb. Xatırladaq ki, Elşad Abdullayev rüşvət, insan orqanı alveri əməllərində günahlandırılaraq beynəxalq axtarışa veilib. Hələlik müxaliət düşərgəsindən qeyd olunan şəkilin fotomontaj olması barədə xəbərlərin yayılmaması və arxa fonda hazırda Elşad Abdullayevin yaşadığı Paris şəhərinin görünməsi isə onun müxalifətlə əlaqələrinə birbaşa dəlalət edir. Qeyd edək ki, əvvəllər də radikal müxalifətin beynəlxalq axtarışda olan bu cür şəxslərlə əlaqələri olub.
Millət vəkili Zahid Oruc bildirir ki, o şəkil Cəmil Həsənlinin və müxalif qüvvələrin siyasi mahiyyətini ifadə edir: "Mənfiliklərə qarşı mübarizə ona görə çətin olur ki, əks düşərgə normal dəyərləri bölüşmür. Əgər hansıa bir reputasiyası çirkli şəxs iqtidar cinahından qovulursa, o, əks cinahda reablitasiya edilir və bir müddətdən sonra az qala mələk qiyafəsində siyasi hərəkata qoşulur. Hətta bəzən də ön cəbhəyə keçir. Rəsul Quliyevin timsalında onu söyləyə bilərik, yaxud da Eldar Namazov kimi kifayət qədər siyasi sürüşkən adamın Milli Şurada əsas söz sahibi olması dediklərimizə sübutdur. Başqa bir tərəfdən, Cəmil Həsənlinin Elşad Abdullayevlə yanaşı şəkil çəkdirməsini həm də onunla izah etməliyik ki, beynəlxalq dairələr Azərbaycan üzərində zəiflətmə planı qurmuşdu. Düşünürdülər ki, seçki dönəmində Elşad Abdullayevin verdiyi videoroliklər elə bir ictimai çaşqınlıqlar doğuracaq ki, bu, cəmiyyətin mövqeyinin müəyyənləşməsində həlledici xarakter daşıyacaq. Necə deyərlər, səsverməyə gərəkən anti-hakimiyyət protestini almağa və böhran kütləsini yetişdirməyə çatacaq. Bunlar baş vermədi. Əvvəllər də söyləmişəm ki, Elşad Abdullayev müxalif qüvvələr tərəfindən himayə olunur. Bu şəkil də iş birliyinin gerçək mənzərəsidir. Bu qüvvələrin əməli–saleh qaydada, gerçək və dəqiq prinsiplə, ədalət meyarları ilə cəmiyyətin gələcəyini təmin edəcək vəzifələri yoxdur. Bunlar düşünürlər ki, iqtidarın əleyhinə fəaliyyət aparan hər kəslə müttəfiq olsunlar və hakimiyyətin əleyhinə hansısa təsirləri həyata keçrisinlər. Ona görə Cəmil Həsənli ilə Elşad Abdullayevin şəkli bundan sonrakı dönəmdə də onları hər zaman ifşa edəcək bir mənzərədir. Hesab edirəm ki, Azərbaycan vətəndaşı buna müvafiq olaraq mövqeyini daha da sərt müəyyənləşdirəcək".
Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev bildirir ki, Azərbaycanın simasız müxalifəti daxildə və xaricdə nə qədər cinayətkar varsa, hamısı ilə əməkdaşlıq edir: "Tarixə bir qədər ekskursiya etsək, görərik ki, nə qədər hakimiyyətdən qovulmuş məmurlar olubsa, indiki Cəmil Həsənlinin mövcud olduğu dairə onlara söyüb, sonradan onlara dayaq olmağa çalışıblar. Yəni, bunlar Cəmil Həsənlinin mahiyyətindən irəli gəlir. Bunlar üçün cinayətkar, Vətənə xəyanət edən insanların heç bir fərqi yoxdur. Bunlara pul, qarayaxma kampaniyasında iştirak etməkdə istifadə üçün adamlar lazımdır. Ona görə də onlar həm cinayətkar Elşad Abdulalyevlə, həm də ermənilərlə çox böyük dostluq edirlər. Təki belələri onların fikirlərinə təkan versinlər. Bunlar simasını itirmiş insanlar olaraq Azərbaycan xaqlına yaddırlar. Onlar milləti özləri üçün bir alət kimi istifadə etmək istəyirlər. Ancaq buna nail ola bilməyəcəklər. Bunlar hər dəqiqə məni də hədələyirlər. Vaxtı ilə mənə etdikləri terroru bu günlərdə açırlar".
Hafiz Hacıyev bildirdi ki, bu işlərdə hüquq-mühafizə orqanları aktiv olmalıdır: "Gedib Fransada beynəlxalq axtarışda olan cinayətkarla şəkil çəkdirirsə, münasibət qurursa, Cəmil Həsənlini həbs etmək lazımdır. Düşünürəm ki, Cəmil Həsənlinin özü də cinayətkardır. Bu, hazırda beynəlxalq axtarışda olan bir insanla şəkil çəkdirib. Bunun hüquq-mqhafizə orqanları maraqlanmalıdır. Maraqlanılmalıdır ki, Cəmil Həsənli onunla hansı danışıqları aparıb. Onlar çalışırlar ki, ölkədə qarşıqlıq yaratsınlar. Artıq xoruzun quyruğu görünüb. Hüquq-mühafizə orqanları fəallıq göstərməlidir. Hər bir halda bu şəklə görə Cəmil Həsənli dindirilməlidir".
Sizin Reklam Yeriniz