Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ermənistana dəvət olunublar
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar.
Erməni mətbuatında yayılan məlumata görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Toplantı dekabrın 12-də İrəvanda keçiriləcək.