Əlaqə Arxiv
news Image
2012.05.30
18:26
| A A A
İsrail bunun əvəzini çox ağır ödəyəcək
Əgər İsrail Türkiyə hökumətinin qərarlarını ciddi qəbul etməsə, bunun əvəzini çox ağır ödəyəcək

İsrailin xarici işlər nazirinin məsləhətçisi Meir Rosen ''Mavi Mərmərə'' hücumu ilə əlaqədar açılmış istintaq işi çərçivəsində 4 israilli hərbiçi haqqında qəbul ediləcək həbs qərarına ölkəsində ciddi yanaşılmasının vacibliyi barədə xəbərdarlıq edib.

M.Rosen "İsrail 7" kanalının internet saytında yayımlanan açıqlamasında Türkiyənin 4 israilli zabit haqqında həbs qərarı çıxaracağına diqqət çəkərək, Binyamin Netanyahu hökumətini bu məsələ ilə bağlı dünya dövlətlərindən kömək istəməyə çağırıb.

O xəbərdarlıq edərək bildirib ki, Türkiyə həbsə sanksiya versə, onda İnterpola üzv olan bütün dövlətlər israilli zabitləri həbs edə bilərlər: "Əgər İsrail Türkiyə hökumətinin qərarlarını ciddi qəbul etməsə, bunun əvəzini çox ağır ödəyəcək".

Sizin Reklam Yeriniz