Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Yanvarın 11-də Azərbaycanda hava küləkli keçəcək, ölkədə arabir güclənən cənub-qərb küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosunun baş hidroloqu Asif
Verdiyev Trend-ə
bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava
dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz
keçəcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.