Əlaqə Arxiv
news Image
2014.01.16
11:51
| A A A
ABŞ-dan şərtli yardım
ABŞ Konqresində qəbul edilməsi gözlənilən xərcləmə layihəsi, Misirdəki hərbi zərbədən sonra təxirə salınan 1 milyard yarım dollarlıq yardımları yenidən qüvvəyə qoyur. Movqe.Az xəbər verir ki, Konqresdə bu həftə görüşülən yeni xərcləmə layihəsinin Misirə yönəlmiş 1,3 milyard dollarlıq hərbi yardım və 250 milyon dollarlıq iqtisadi köməyi də ehtiva etdiyi, lakin bunun üçün şərtlərin təmin edilməsi lazım olduğu deyilib. Layihə, bu yardımlar üçün ölkədə demokratiyanın yenidən təsis etməsi yolunda addımlar atılmasını şərt qoyur. Şərtlər arasında olan Misirin ABŞ ilə təhlükəsizlik əlaqələrini davam etdirməsi və İsraillə arasındakı sülh razılaşmasına sadiq qalması maddələri diqqət çəkən başlıqlar arasındadır. Digər tərəfdən, Misirdə Konstitusiya referendumu dünən ikinci və son gününü doldurub. Səhər saatlarında başlayan səs vermə əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi hərəkətlərdə 11 nəfər dünyasını dəyişib. 
Sizin Reklam Yeriniz