Misirlilər ABŞ-da da etiraza qalxdılar
Misirlilər ABŞ-da da etiraza qalxdılar
ABŞ-da yaşayan bir qrup misirli Nyu-Yorkda Misir səfirliyinin
qarşısında nümayiş keçirib. Havanın soyuq olmasına baxmayaraq,
əksəriyyəti qadın və uşaqlardan ibarət olan nümayişçilər etirazlara
davam edəcəklərini bildiriblər. Etirazçılar şüarlar səsləndirərək
keçmiş prezident Məhəmməd Mursi və digər siyasi məhbusların
azadlığa buraxılmasını tələb ediblər. "Rabia" işarəsini tutaraq
siyasi fəallara dəstək olublar. Nümayişçilər ölkədə hərbi rejimin
yaradılmasını istəmədiklərini bildiriblər. Aksiya zamanı Mursi və
Ərdoğanın birlikdə foto şəkili nümayiş etdirilib. Polis nümayişin
keçirildiyi müddətdə təhlükəsizlik tədbirləri görüb.