Əlaqə Arxiv
news Image
2014.01.28
19:37
| A A A
Azərbaycanda erməni kəşfiyyatçı tutuldu
Həmin şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutularaq, ərazidəki hərbçilərə təhvil verilib

Tovuz rayonu istiqamətinə Ermənistan tərəfdən keçən silahlı diversiya qrupunun üzvü olan erməni saxlanılıb. Müdafiə Nazirlyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, həmin şəxs bir neçə saat bundan əvvəl saxlanılıb. Nazirlikdən bununla bağlı əlavə məlumatlar veriləcək. Movqe.az-ın verdiyi məlumata görə, təxmini 50 yaşlarında olan olan şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi tutaraq aparıblar.

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Təkcə ötən gecə cəbhə xəttində atəş 196 dəfə pozulub. Azərbaycan Ordusunun kapitanı Cəfərov Elnur Cəfər oğlu və leytenantı Əzizov Səbuhi Rüstəm oğlu şəhid olub.

Sizin Reklam Yeriniz