Azərbaycan və ABŞ arasında əməkdaşlığın perspektivi müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen
Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya
Nuland ilə görüşüb.Movqe.az-ın Azərbaycanın Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
görüşdə Azərbaycan-ABŞ arasında ikitərəfli məsələlər, enerji
sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə
dair fikir mübadiləsi aparılıb. Həmçinin görüş zamanı
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli
istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə
olunub.