Əlaqə Arxiv
news Image
2014.02.22
22:42
| A A A
Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
Almaniyanın Köln şəhərində nüfuzlu Köln Universitetində Alman Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı ("XXI əsrdə Azərbaycan geostrateji baxımdan") konfrans keçirilib. Alman Azərbaycan Mədəniyyət Evindən Movqe.az-ın verilən məlumata görə, tədbir öncə soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Alman Azərbaycan Mədəniyət Evinin başqanı Altay Rüstəmli rəhbərlik etdiyi təşkilatın Xocalıya ədalət kampaniyası çərçivəsində atılan addımlar və görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər, konfranslar təşkil olunacaq.TürOk başqanı Tanju Can diqqətə çatdırıb ki, Xocalı soyqırımı bütün türk dünyasının problemidir: "Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər Qarabağda bir əl kəsilibsə deməli bütün türk dünyasının qanı axıb".Daha sonra çıxış edən Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bu mövzuda danışmağın onun üçün həddindən artıq çətin olduğunu bildirib. Təkcə ata tərəfdən 40-dan artıq qohumunun itirdiyini deyən C. Ələkbərov Xocalı qətliamınının təkcə türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş soyqırım aktı olduğunu vurğulayıb: "Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu əlavə edim ki,"Xocalıya Ədalət" kampaniyasının rəhbəri xanım Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki göstərdikləri fəaliyyətləri əvəzsizdir. Bir daha bir Xocalı sakini olaraq burada oturan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm".Millət vəkili Musa Qasımlı isə ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, həmçinin, onların tarix boyu həyata keçirdiyi məkrli planlardan danışıb. Onun sözlərinə görə, Ermənistanın soyqırım siyasəti həyata keçirdiyi artıq sübut olunub. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, böyük Ermənistan yaratmaq olub. Daha sonra isə o, getdikcə güclənən Azərbaycan dövlətinin bu problemi həll edəcəyini bildirib: "Xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər" Daha sonra Səriyyə Cəfərova çıxış edib və Xocalı qətliamı barədə danışıb. Almaniyada yaşayan yazar Orxan Aras isə deyib ki, biz, burada matəm, ağlamaq üçün deyil, qələbəni qeyd etmyə gəlmişik: "22 il keçməsinə baxmayaraq bu hadisə unuduulmur və getdikcə daha çox tanıdılır".
Sizin Reklam Yeriniz