Ukraynanın yeni prezidenti məlum oldu
Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov yeni seçkilərə
qədər ölkənin prezidenti seçilib. Movqe.az xəbər verir ki, Ali
Radanın 4204 saylı qətnaməsinin icra olunması üçün 285 deputat səs
verib. Təklif müzakirə olunmayıb və birbaşa səsverməyə qoyulub.
Beləliklə, Aleksandr Turçinov bu ilin mayında keçiriləcək seçkilərə
qədər ölkə prezidenti olacaq.