Əlaqə Arxiv
news Image
2014.03.02
09:23
| A A A
Angela Merkel Yatsenyuka zəng vurdu
Almaniyanın kansleri Anqela Merkel Ukraynanın baş naziri Arseniy Yatsenyuka zəng vurub. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı yayan Almaniya hökumətinin rəsmisi Corc Streyt bildirib ki, Krım üzərində gərginliyin çoxalması kansleri narahat edib. Məlumata görə, baş verənləri narahatlıqla izlədiyini deyən Merkel münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayıb. "Ukraynanın öz əraziləri üzərində suverenliyini heç kim müzakirəyə aça bilməz!"
Qeyd edək ki, ötən gün Rusiya hökumətinə bu istiqamətdə xəbərdarlıq edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, heç bir ölkə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zərər verəcək addım ata bilməz.
Sizin Reklam Yeriniz