Əlaqə Arxiv
news Image
2014.04.12
21:10
| A A A
Kılıçdaroğluna yumruq atan gəncin anası danışdı (FOTO)
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna hücüm etmiş Orhan Övətin anası Vəsilə Övət oğlundan şikayətçi olmayan Kılıçdaroğluna təşəkkür edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Elmadağda yaşayan Övət mətbuata açıqlamasında Kılıçdaroğluna atılan yumruğu 85 yaşlı atasına atılan yumruq kimi gördüyünü bildirərək Kılıçdaroğlundan təkrar üzr istəyib.

"Bir atalıq etdı mənim oğluma. Allah yüz min kərə razı olsun. Özəlliklə yenə Kılıçdaroğlundan üzr istəyirəm. Mənim atam 85 yaşında. Kılıçdaroğluna atılan o yumruq atama atılmış yumruqdur. Mənim övladım bir cahillik edib. Bağışladı, Allah bir kərə deyil, min kərə razı olsun. Uşaqlarından və bütün qohumlarının hamısından üzr istəyirəm", - deyə Vəsilə Övət bildirib.

Oğlunun banka borçlarının ödəndiyinə dair iddiaları da yalanlayan ana Övət oğlunun 18 milyard lirə banka borcunun olduğunu və bu borcun ödənmədiyi deyib: "Oğlumun banka 18 milyard lirə borcu var. Bank borcunu ödəmədi. Banka borcu var. Gedib araşdıra bilərlər. Mənim oğlumun borcu bağlanıbsa, boynum tukdən incədir".





Sizin Reklam Yeriniz