Əlaqə Arxiv
news Image
2012.07.10
11:43
| A A A
“Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələrin mövcud potensialından kifayət qədər istifadə etməmişik”
Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfəri başa çatıb Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfəri başa çatıb. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Sergey Narışkin iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı üçün böyük potensial olduğunu qeyd edib: "Bu günə qədər biz bu potensialdan kifayət qədər istifadə etməmişik. Lakin əldə olunan razılaşmalar bizi müsbət əhval-ruhiyyədə kökləndirir. Biz əvvəl də bir sıra beynəlxalq parlamentlərarası qurumlar çərçivəsində sıx əməkdaşlıq etmişik. Xüsusilə MDB Parlament Assambleyasında, AŞPA-da və sair qurumlarda öz mövqelərimizi əvvəlcədən razılaşdıraraq əməkdaşlıq etmiş, ümumi maraqlarımızı müdafiə etmişik". O qeyd edib ki, beynəlxalq aləmdə Azərbaycan və Rusiyanın bir çox üst-üstə düşən maraqları var.
S. Narışkin deyib ki, həmçinin keçirdiyi görüşlər zamanı siyasi, sosial və humanitar sahələrdə geniş müzakirələr aparılıb: "Azərbaycana səfərim zamanı parlamentlərarası və hökumətlərarası müstəvidə çoxşaxəli müzakirələrim oldu. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq daha aktiv olmalıdır və daha vacibdir. Çünki, bu gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradır. Bu səbəbdən səfərim zamanı təhsil, elm, digər sahələrdə çalışan yaradıcı insanlarla görüş keçirdim. Görüşlər zamanı Avrasiya inteqrasiyasının inkişafı barədə ciddi müzakirələr aparıldı. Son illər bu məsələyə təkan verilib. Biz Avrasiyaya inteqrasiyanın bütün sahələri barədə fikir mübadiləsi apardıq". 
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədrini Heydər Əliyev Beynəlxalq Hava Limanından Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və parlament üzvləri yola salıblar.
Sizin Reklam Yeriniz