Əlaqə Arxiv
news Image
2012.07.24
17:18
| A A A
“Növbəti prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq”
“Təəssüf ki, bəzi mətbu orqanlar bu məsələ ilə bağlı təxribatla məşğul olur” "Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi partiyamızın sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır. Təəssüf ki, bəzi mətbu orqanlar bu məsələ ilə bağlı təxribatla məşğul olur".APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov verib. O qeyd edib ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir.
Ə. Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İ. Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.
 
Sizin Reklam Yeriniz