Əlaqə Arxiv
news Image
2012.07.25
18:27
| A A A
Almaniya Bundestaqının üzvləri Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” ilə bağlı bəyanatla çıxış ediblər
Almaniya Xristian Demokratlar İttifaqı / Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Philipp Missfelder və həmin fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" ilə əlaqədar bəyanatla çıxış ediblər.
Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş "prezident seçkiləri" münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir zərbədir: "Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi hesab edir.
Avropa Birliyi kimi Almaniyanın da mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam edən nizamlanma prosesi yalnız sülh yolu həll edilə bilər. Belə ki, nə Almaniya, nə də Avropa Birliyi 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş "parlament seçkisini" tanımır. Bundan başqa, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton 25 may 2010-cu il tarixində keçirilmiş seçkilərlə bağlı deyib ki, Avropa Birliyi hüquqa və qanuni Konstitusiyaya müvafiq olaraq Dağlıq Qarabağda keçirilmiş "parlament seçkilərini" tanımır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri müəyyənlik yaradır. Ketrin Eşton tanınmamış Dağlıq Qarabağ republikasında keçirilən "prezident seçkiləri" nin Avropa Birliyi tərəfindən tanınmaması ilə əlaqədar mövqeyinin dəyişməz qaldığını vurğulayıb".
Bəyanat müəllifləri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin 20-ci ildönümü bu konflikt barədə düşünmək və münaqişənin həlli prosesi barədə yeni fikir söyləmək üçün bir fürsətdir: "Münaqişənin sülh yolu ilə həll edilməsi və əlaqələrin normallaşdırılması, ümumilikdə, Cənubi Qafqaz regionunda münaqişənin həll edilməsi üçün bilavasitə pozitiv, iqtisadi və ictimai stimul olardı. Bu zaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı / ATƏT-in Minsk Qrupu, NATO və Birləşmiş Millətlər Dağlıq Qarabağ münaqişəsinə yenidən diqqəti artırmalıdır".
Sizin Reklam Yeriniz