Əlaqə Arxiv
news Image
2015.02.02
12:52
| A A A
Tarif Şurasının tərkibi dəyişdiriləcək?
"Azərbaycan Parlamenti sessiyalararası tətildə olduğu dövrdə Tarif Şurası yanacağın artırılması ilə bağlı məlum qərarı verdi və sonra haqlı olaraq cənab Prezident İlham Əliyev tərəfindən bu qərar ləğv edildi. Bu məsələ hökumət üzvləri qarşısında bir sıra suallar qaldırdı ki, həmin Şuranın statusu nədən ibarətdir, onlar əsasnamə prinsiplərinə uyğun olaraq verdikləri qərarda iqtisadiyyatın stimullaşdırılması, rəqabətqabiliyyətinin artırılması və s. prinsiplərə nə dərəcədə əməl edirlər".

Movqe.az trendə istinadən məlumat verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bəlli oldu ki, Aİ 92 və 95 markalı benzinlərin özünün qiymətinə yanaşmada çox səhv bir metodoloji sistemdən istifadə olunub: "Tarif Şurasının statusu əslində qanunla müəyyənləşməlidir, həmçinin onun tərkibinə müxtəlif qurumların müavin səlahiyyətlərini daşıyan insanlar cəlb olunublar. Halbuki orada cəmiyyətin maraqlarını ifadə edən, həm də dövlət və vətəndaş arasında bir institut olan QHT rəhbərlərindən bir nəfərin təmsil olunması, parlamentin bir nəfər nümayəndəsinin olması, həmçinin Mətbuat Şurasından bir nəfərin olması məqsədəuyğun olardı. Baxın, indi həmin qərar hesabına digər məhsulların qiymətində nisbi dəyişmələr baş verdi. Düşünürəm ki, ümumiyyətlə, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin qiymətlərinin özünə də yenidən baxmağa ehtiyac var".

Z.Oruc Tarif Şurasının statusunun və formalaşmasının qanunla aparılmasını təklif edib.
Sizin Reklam Yeriniz