Əlaqə Arxiv
news Image
2015.02.13
12:55
| A A A
İqbal Ağazadə Əli Həsənovun müxalifət partiyaları ilə görüşünü yüksək qiymətləndirdi

"Dünənki iqtidar-müxalifət görüşünü yüksək qiymətlədirəm. Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir". 

Movqe.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə çıxışında millət vəkili İqbal Ağazadə deyib. O bildirib ki, Azərbaycanın bütün problemləri yalnız masa arxasında həll edilməlidir: "Bu yolda hamımız əl-ələ verməliyik və imkan verməməliyik ki, Azərbaycana qarşı diskriminasiyaya yol versinlər. O cümlədən məhbuslarla bağlı deyim ki, hesab edirəm ki, İntiqam Əliyev Azərbaycan üçün çox önəmli insandır: "İ.Əliyevin barəsində həbsi qəti imkan tədbirinin ev dustağı ilə əvəz olunması dünənki görüşün abuhavasına da uyğun olardı. Onunla bağlı biz prokurorluğa da müraciət etmişik, amma cavab olmayıb. Mən bunu dünən də dedim. Siyasi partiyaların müdafiəsi ilə bağlı sizin də, ümid edirəmki dəstəyiniz olacaq".

Millət vəkili Pentensiar Xidmətlı bağlı da danışıb: "Mənim və digər millət vəkillərinin ötən dəfə bu qurumla bağlı səsləndirdiyi fikirlərə PX-nin rəhbəri Mədət Quliyev tərəfindən aşağılayıcı cavab verildi. Gələn dəfə də belə olsa yenidən bu mövzu ilə bağlı çıxış etməli olacam. Çox xahiş edirəm ki, M.Quliyev çıxışına diqqət etsin".
Spiker Oqtay Əsədoc da iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirib: "Siyasi partiyalar hər zaman dialoqun olması təklifi ilə çıxış edirlər, lakin görüş baş tutduqda müəyyən mənfi fikirlər səsləndirirlər. Qüdrət müəllim, siz kölgə-kölgə deyirsiniz, amma onlar kölgə altında deyil, kök altındadırlar. Ona görə də bu görüşlərdə iştirak etmirlər".Millət vəkili Qüdrət Həsənquliyev də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirərək bildirib ki, xarici dairələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır: "Amma hesab edirəm ki, bununla heç nəyə nail olmayacaqlar. Bu görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək".
Milli Məclisin spikeri də öz növbəsində iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirib. O qeyd edib ki, bu partiyalar dialoq istəyirlər, amma olanda da belə münasibət göstərirlər: "Siz kölgə-kölgə deyirsiniz, amma bunlar kölgə altında deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər".
Deputat Fazil Musatafa görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi səhvə yol verdilər.

Sizin Reklam Yeriniz