Əlaqə Arxiv
news Image
2015.02.14
22:21
| A A A
Türkiyə sərhədində terror: yaralılar var

Türkiyənin Suriya ilə sərhədində, Şanlıurfadakı keçid məntəqəsində bomba partlayıb.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, partlayış nəticəsində bir neçə mülki şəxs və polis əməkdaşı yaralanıb.

Şanlıurfa valisi İzzettin Küçük deyib ki, partlayış, keçid-yoxlama məntəqəsinin yaxınlığındakı zibil qutusunda baş verib. Onun sözlərinə görə, üç nəfər, o cümlədən bir polis işçisi xəsarət alıb.

Sözügedən keçid məntəqəsi Suriyanın Kobani şəhərindən 10 km məsafədə, şimalda yerləşir.

Sizin Reklam Yeriniz