Türkiyə İŞİD sevdalısını qovdu
Türkiyə Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmaq
istəyən britaniyalı qadını deportasiya edib.Movqe.az-ın APA-ya
istinadən verdiyi xəbərə görə, polis Böyük Britaniya vətəndaşı 22
yaşlı Cəlilə Nadranı antiterror əməliyyatı zamanı Ankarada avtobus
dayanacağında saxlayıb. Saxlanılan qadın Londona deportasiya
olunub.
Xatırladaq ki, Türkiyə ötən həftə 17 və 19 yaşlarında olan yeniyetmələri Britaniyaya deportasiya edib. Britaniya polisi hazırda onların terrorçularla əlaqəsi olub-olmadığını araşdırır.
Qeyd edək ki, bu ilin fevralında Londondan İstanbula təyyarə ilə
gəlmiş 3 qız (15-16 yaşlarında) qeyri-qanuni yolla Suriyaya keçərək
İŞİD-ə qoşulub.