Əlaqə Arxiv
news Image
2015.06.06
00:00
| A A A
Qarabağ erməniləri Bakıdan uçmaq icazəsi gözləyir
“Stepanakert (Xankəndi-red.) aeroportu istənilən vaxt uçuşlara və təyyarələri qəbul etməyə başlaya bilər, lakin bunun üçün Azərbaycanın icazəsi lazımdır”.

Movqe.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında qondarma "DQR" "hökuməti" yanında "mülki aviasiya idarəsinin rəisi" Dmitri Adbaşyan bildirib.

D.Adbaşyan deyib ki, "əgər Azərbaycan tərəfi erməni xalqına xoş münasibət göstərsə, aeroport "Dağlıq Qarabağ Respublikası"nın tanınmayacağı halda da fəaliyyətə başlaya bilər".

"Onlar (Azərbaycan-red.) bizim mülki təyyarələrə müəyyən məhdudiyyətlərlə uçmağa icazə verə bilərlər. Məsələn, Şimali Kipr tanınmır, amma Türkiyə vasitəsilə Kiprə uçuşlar var. Kiprlilər hara istəsələr, gedə bilirlər. Bizim isə heç İrəvana uçmaq hüququmuz da yoxdur. Yenə deyirəm, bizim uçmaq azadlığımız Azərbaycandan asılıdır. Əgər Azərbaycan xoş məram göstərsə, uça bilərik. Azərbaycan isə bunu etmir" - deyə D.Adbaşyan əlavə edib.

Sizin Reklam Yeriniz