Əlaqə Arxiv
news Image
2015.06.11
00:00
| A A A
Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtı hələlik məlum deyil. Biz hər iki ölkənin paytaxtına səfər edəcəyik və bu bizim müzakirə edəcəyimiz məsələlərdən biridir".

Movqe.az-ın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: "Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək".

 

Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.


Sizin Reklam Yeriniz