Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)
Bu gün bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, aksiya iştirakçıları "İngiltərə, ikili standartlardan əl çək!", "İngiltərə, ermənilərlə iş birliyin mübarək!", "London platformasının insan hüquqlarına nə aidiyyatı?!", "Azərbaycanda zor yox, hüquq işləyir!" və digər şüarlar səsləndiriblər.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamə səfirliyə təqdim
olunub. Qətnamədə Azərbaycana qarşı ikili standartlardan əl
çəkilməsi tələb edilib.