Əlaqə Arxiv
news Image
2015.06.11
19:10
| A A A
Gənclər və idman naziri: “Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir”
“Bəzən olimpiya çempionu ilk yarışda uduzur. Ancaq idmanı dərk edən insanlar bilirlər ki, Azərbaycan ev sahibi kimi hər bir idman növündə idmançı ilə iştirak edir və bu, idmançılarımıza daha çox medal qazanmağa şans verir”.

Movqe.az-ın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov söyləyib. 


A. Rəhimov deyib ki, azarkeşlərin də idmançılarımıza dəstəyi mühüm amildir: "İndiyə qədər Avropanın komanda hesablarında 10-cu yerə çıxmışıq. Ona görə də Birinci Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir". 

Sizin Reklam Yeriniz