“Ramil Səfərovla bağlı addım atanda riskini anlayırdıq”
“Macarıstanda təhlükəsizliyimiz yerli hökumət tərəfindən hələlik yüksək səviyyədə təmin olunur”
"Macarıstanda təhlükəsizliyimiz
yerli hökumət tərəfindən hələlik yüksək səviyyədə təmin
olunur". APA-nın məlumatına
görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın
Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev
bildirib.
O qeyd edib ki, ermənilərin heç bir təhdidi istənilən halda Azərbaycan diplomatlarını qorxutmur: "Qurddan qorxan heç vaxt meşəyə getməz. Ramil Səfərovla bağlı biz məlum addımı atanda onsuz da bunun müəyyən risklər doğuracağını anlayırdıq". Səfirin sözlərinə görə, Azərbaycan və Macarıstan münasibətlərində heç bir mənfi dəyişiklik baş verməyib: "Əvvəlcədən planlaşdırılmış bütün tədbirlər qüvvədə qalıb". Səfir bu il oktyabrın 8-9-da Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini deyib.