Əlaqə Arxiv
news Image
2012.09.25
19:59
| A A A
“Hələ də hədə məktubları alırıq”
"Hələlik təhlükəsizlik tədbirləri yalnız Macarıstan tərəfindən görülür. Ramil Səfərovun ekstradisiyasından bir neçə gün əvvəl bu ölkənin Daxili İşlər Nazirliyi Azərbaycan səfirliyinin binası və səfirin iqamətgahı qarşısında 24 saatlıq mühafizə təşkil edib. Hazırda bu mühafizənin daha uzunmüddətli olması ilə bağlı danışıqlar aparırıq".APA-nın xəbərinə görə, bunu YAP-ın saytına müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
O bildirib ki, macar polisi eyni zamanda həm də səfirlik əməkdaşlarının yaşadıqları binaları nəzarətə götürüb: "Bizə daxil olan hədə xarakterli elektron məktublar və zənglər barəsində dərhal Macarıstan tərəfini məlumatlandırırıq. Bütün belə təsadüflərdə onların reaksiyası son dərəcə professional və operativ olur. Erməni terror təşkilatları Azərbaycanın yalnız Macarıstanda deyil, digər ölkələrdəki səfirliklərini də hədəfə götürə bilərlər. Ona görə də xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin bu günlərdə öz işini başa çatdıran toplantısında diplomatlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi bir qədər epizodik şəkildə də olsa, müzakirə edildi. İnanmaq istərdik ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq, bu istiqamətdə ən qısa zamanda operativ və səmərəli tədbirlər hazırlanacaq və həyata keçiriləcək".
V. Quliyev hədə məktubları aldıqlarını da vurğulayıb: "Biz hədə məktubları almışıq və alırıq: "Hətta müəyyən təxribat əməllərinin həyata keçirilməsini istisna etmirik. Lakin bu bizi qorxutmur. İlk hədə məktubu alındıqdan sonra mən səfirliyimizin kiçik kollektivini topladım, onlara son dərəcə diqqətli və ehtiyatlı davranmaları ilə bağlı ətraflı təlimat verdim. Eyni zamanda tərəddüd hissi keçirənlərin, mürəkkəb situasiyada Budapeştdə qalıb fəaliyyətini davam etdirmək istəməyənlərin ən qısa zamanda Bakıya qayıtmalarına şərait yaradacağımı bildirdim. Lakin heç kim qayıtmaq fikrini yaxın buraxmadı. Azərbaycan dövləti öz vətəndaşlarını qorumağa qadirdir. Bu da ASALA-nın və digər erməni terror təşkilatlarının təhdidləri qarşısında bizim ən güclü silahımızdır".
Sizin Reklam Yeriniz