Azərbaycanın Ukraynadakı
səfirliyi iki azərbaycanlının qətlə yetrilməsi ilə bağlı açılan
cinayət işlərinin istintaqını nəzarətə götürüb. Movqe.az
xəbər verir ki,bu barədə "Report"a Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
məlumat verib. O qeyd edib ki,
Azərbaycan səfirliyi hər iki cinayət işləri ilə əlaqədar Ukrayna
Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər
göndərib: "2015-ci il iyunun 25-də Ukraynanın Xerson vilayəti,
Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilən 4
sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı
Nuruşov Vüqar Qiyas oğlu və bu il avqustun 17-də Xerson şəhərində
öldürülən 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna
vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar
Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılan cinayət
işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən
izlənilir".